Modern.az

Qorxu mənəviyyatsızlığı

Qorxu mənəviyyatsızlığı

13 İyul 2013, 10:18

(İçsəs)

Qorxu – mənəviyyatsız duyğudur.

***
Qorxuda insan öz mahiyyətindən ayrılır, mənliyini itirir – mənəviyyatsızlaşır.

***
İnsanın bütün cinayətləri qorxu mənəviyyatsızlığından yaranır.

***
Qorxudan törəməyən hansısa cinayət – yoxdur.

***
Mənəviyyata xidmət edən qorxu – yoxdur.

***
Bütün qorxular insanın mənəviyyatsızlığına xidmət edir.

***
Qorxunun kökündə insanın özünə və başqalarına inamsızlığı durur.

***
Özünə inanmayan – başqasından qorxur, başqasına inanmayan – özünə ondan təhlükə duyur.

***
İnam – qorxunun ölümüdür.

***
İdeala inam – ondan qorxmağı gərəksizləşdirir.

***
İdeala inamın məqsədi – ali mənəviyyata yetmək, ona layiq olmaq, ideallaşmaqdır.

***
İdealdan qorxmaq – ona inanmamaqdır.

***
İdealdan qorxu – idealın dərk olunmamasıdır.

***
İdealın dərkində bütün qorxular yoxa çıxır.

***
Qorxu – qorxulan qarşısında özünü anlamsız suçlama, qınamadır. 

***
Qorxulanın varlığı – qorxağın cəzasıdır.

***
Qorxu mənəviyyat yaratmır, ona görə insana yaramır.

***
Qorxu – ruhun ölümüdür.

***
Mənəviyyat – mənliyə yiyələnməkdir, qorxu – mənliyi itirməkdir.

***
Mənliksizlik – iradəsizlikdir, qorxuya yenilməkdir.

***
Özünə özgəlikdən qurtulmayan – qorxudan qurtula bilməz!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım