Modern.az

Yollara kimin nəzarət edəcəyinə dair danışıqlar davam edir - Simonyan

Yollara kimin nəzarət edəcəyinə dair danışıqlar davam edir - Simonyan

Dünya

13 İyun 2023, 13:44

"Yollara kimin nəzarət edəcəyi ilə bağlı danışıqlar davam edir. Rusiya Federasiyasının FTX-nin nəzarəti ilə bağlı heç bir qərar yoxdur".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

 

"Əgər Azərbaycan Rusiyanın Ermənistan ərazisindəki kommunikasiyalara nəzarət etməsini istəyirsə, Ermənistan da üçüncü ölkəni özünə cəlb etmək istəyə bilər. Bakı Naxçıvana gedən marşrutu üçüncü ölkəyə marşrut kimi qəbul etmir, yüngül rejimdə israr edir, ona görə də Naxçıvandan keçməklə Sünikə (Zəngəzur - red.) getmək üçün Ermənistan üçün də analoji rejim fəaliyyət göstərməlidir", - o qeyd edib.

 

"Digər sual isə Naxçıvandan keçən yolun Ermənistan üçün nə qədər gərəkli və sərfəli olmasıdır", - deyə Simonyan parlamentdə jurnalistlərə bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI