Modern.az

ATƏT sədri İlham Əliyevin mesajlarını Sərkisyana çatdıracaq

ATƏT sədri İlham Əliyevin mesajlarını Sərkisyana çatdıracaq

Təhsil

13 İyul 2013, 12:38


ATƏT-in fəaliyyətdə olan sədri, Unraynanın xarici işlər naziri Leonid Kojora iyulun 15-də Ermənistana səfər edəcək. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bir neçə gün bundann öncə ölkəmizdə səfərdə olan ATƏT sədri Ermənistan prezidenti Serj Sərkisyanla görüşəcək.

Kojora Dağlıq Qarabağ probleminin həllinə dair rəsmi Bakının mövqeyini erməni prezidentinə çatdıracaq.

ATƏT sədri səfər çərçivəsində Ermənistan parlamentinin sədri ilə də görüşəcək.

Qeyd edək ki, iyulun 8-də Bakıda rəsmi səfərdə olan ATƏT sədri Leonid Kojora prezident İlham Əliyevlə görüşündə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın gələcək inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 

Modern.az     

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...