Modern.az

Messi 2026-cı il dünya çempionatında oynamayacaq

Messi 2026-cı il dünya çempionatında oynamayacaq

İdman

13 İyun 2023, 18:39

Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq fikrində olmadığını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb.

 

"Növbəti dünya çempionatında oynayacağımı düşünmürəm. Bu barədə fikrim dəyişməyib. Çempionata baxmaq istəyirəm, amma oynamağa hazırlaşmıram. Dünya çempionatında qalib gəldikdən sonra karyeramdan və onun gedişatından razıyam. Bu, mənim üçün çox vacibdir", - məşhur futbolçu bildirib.

 

Qeyd edək ki, 2026-cı ildə futbol üzrə dünya çempionatına ABŞ, Kanada və Meksika birlikdə ev sahibliyi edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü