Modern.az

Sabah Bakıda 40 dərəcə isti olacaq- HAVA

Sabah Bakıda 40 dərəcə isti olacaq- HAVA

Təhsil

13 İyul 2013, 12:46

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyulun 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...