Modern.az

Növbəti görüş Brüsseldə olacaq - Borel açıqladı

Növbəti görüş Brüsseldə olacaq - Borel açıqladı

13 İyun 2023, 19:47

"Azərbaycan və Ermənistan rəsmiləri arasında növbəti görüş Brüsseldə olacaq".

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borel Avropa Parlamentində keçirilən dinləmədə deyib.

 

Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh quruculuğu prosesinə dəstək verməyə çalışır:

 

“Yeganə həll yolu diplomatiyadadır. Hər iki tərəf danışıqları davam etdirmək istədiyini bildirib”.

 

Borelin sözlərinə görə, Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır: “Biz bu məqsədlə həm humanitar təşəbbüslər həyata keçirir, həm də sülhə yönəlmiş danışıqlara birbaşa töhfə veririk. Biz həmçinin müharibə zamanı itkin düşmüş insanların axtarışı və tərəflər arasında yeni toqquşmaların qarşısını almaq üçün işlərlə məşğuluq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi