Siyəzəndə yaşayış binasında partlayış olub.
Modern.az xəbər verir ki, hadisə 51 saylı binada yerləşən mənzillərin birində baş verib.
İlkin məlumata görə, hadisə zamanı 3 nəfər xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Əhali binadan təxliyə olunub.
Partlayışa səbəb qaz sızması olub.