Modern.az

Ukraynada Bərpa Nazirliyi yaradıldı

Ukraynada Bərpa Nazirliyi yaradıldı

13 İyun 2023, 20:50

Ukraynanın Baş naziri Denis Şmıqal ölkənin bərpası üzrə nazirlik və dövlət agentliyinin yaradıldığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında bildirib.

 

“Artıq Baş nazirin bərpa işləri üzrə müavini postu, müvafiq nazirlik və dövlət agentliyi yaradılıb. Bərpa arxitekturasının yaradılması üzərində işi davam etdiririk”, - paylaşımda deyilir.

 

Qeyd olunub ki, hazırda Ukraynanın bərpası ilə Reinteqrasiya Nazirliyi məşğul olur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi