Modern.az

Bakıda “Çto? Qde? Koqda?” - Gənclər 25 komandada yarışır - FOTOLAR

Bakıda “Çto? Qde? Koqda?” - Gənclər 25 komandada yarışır - FOTOLAR

Təhsil

13 İyul 2013, 14:16

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının yaradılmasının bir illiyi ilə bağlı “Bakının Birİncisi-2013” “Nə? Harada? Nə Zaman?” gənclərarası intellektual yarışmasına start verilib. Modern.az-ın məlumatına görə, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov çıxış edərək yarışma iştirakçılarını salamlayıb. O, bu cür tədbirlərin keçiriləsində dövlətin rolunu yüksək qiymətləndirib, eyni zamanda bu yarışmanın bu cür təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Qeyd edək ki, seçmə turlarda semçilmiş 150 nəfər intellektual gənc 25 komandada birləşərərk oyuna qatılıb. Turnirin aparıcısı “Çto Qde? Koqda?” oyununun nüfuzlu “Büllur Bayquş” mükafatının sahibi Andrey Supromoviş  təyin olunub. Yarışmanın Appelyasiya üzrə münsiflər heyyətinə Moskva Elitar Klububunun”ulduzu” Anastasiya Şutova rəhbərlik edir.

Yarışma çərçivəsində ən yaxşı 16 komanada üçün breyn-rinq keçirilib. Breyn-rinqi  “Büllur Bayquş ”mükafatı almış Rövşən Ələsgərov aparıb. Yarışmada səsləndirilmiş altmış sualdan ibarət “sual paketi”ni “Çto? Qde? Koqda?”  proqramənın tanınmış ukraynalı redaktoru Konstantin Naumenko hazırlayıb.








Elçin MURAD

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...