Modern.az

Bir şəklin tarixçəsi: Elşad Abdullayev Bakıda - “Duraq, bir “pənco-pənco” vuraq”

Bir şəklin tarixçəsi: Elşad Abdullayev Bakıda - “Duraq, bir “pənco-pənco” vuraq”

13 İyul 2013, 15:06


Ömür keçir karvan kimi, kim qazandı, kim itirdi... Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkildəkilərin hamısı həyatda əvvəlcə qazananlardan olublar. Amma kimsə sonradan qazandıqlarını itirib, həyatını itirənləri deyil, şan-şöhrətini, nüfuzunu, mal-mülkünü, ad-sanını itirənləri deyirik.

Fotoşəklin dəqiq tarixçəsini öyrənə bilməsək də, 90-cı illərdə çəkildiyi bəllidir, məkan da məlumdur  - Bakı şəhəri... Hamı Yazıçılar Birliyinin sədri Anarın işığına yığışıb. Ya ad günüdür, ya da hansısa əlamətdar hadisəni qeyd edirlər. Şəkildəkilərin hamısı tanınmış simalardır, keflər kökdür, damaqlar çağ... Badələri qaldırıb “pənco-pənco” vurular...

Ortada Anardı, sağda xalq şairi Qabil, əməkdar hüquqşunas, ədliyyə generalı Akif Rəfiyev...
Anardan solda akademik Budaq Budaqov, Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev, “Ədəbiyyat” qəzetinin baş redaktoru Ayaz Vəfalı, professor Qəzənfər Paşayev və digərləri...

Onlardan kimi indi həyatda yoxdu, kimi də vəzifədə... Vətəndən didərgin düşən də var - Elşad Abdullayev kimi...

Modern.az
     
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI