Modern.az

Əli Əhmədov ağdaşlıları Milli Şuraya dəstək olmamağa çağırdı

Əli Əhmədov ağdaşlıları Milli Şuraya  dəstək olmamağa çağırdı

Təhsil

13 İyul 2013, 16:35

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi, sədr müavini Əli Əhmədovun regionlara seçkiqabağı səfəri davam edir. YAP-ın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Əli Əhmədov bu gün partiyanın Zaqatala rayon təşkilatının fəalları ilə görüşüb. YAP rəsmisi daha bu gün həmçinin partiyanın Balakən rayon təşkilatının fəalları ilə də görüşüb. Tədbirdə Balakəndən Milli Məclisə üzv seçilmiş Rəbiyyət Aslanova, Balakən rayon İcra Hakimiyyətinin basçısı İslam Rzayev və YAP-ın fəlları istirak ediblər. Tədbiri giriş sözü ilə YAP Balakən rayon təskilatının sədri Azad Balayev açaraq partiya fəallarının ölkə quruculuğunda aktiv iştirakından danışıb.

Əli Əhmədov ötən gün isə Ağdaşda görüşlər keçirib.  İcra katibi Ağdaş görüşdə cari ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparıb.

Ə.Əhmədov qeyd edib ki, siyasi partiyalar bütün dövrlərdə xalqa arxalanmalı və xalqın dəstəyini qazanmalıdırlar. O, sözünə davam edərək deyib:  “Bu gün “Milli şura” adı altında meydana atılan qüvvələrin xalqın dəstəyindən məhrum olduqları gerçəklikdir. Məhz buna görə də, “Milli şura” adlı qurumda təmsil olunanlar xarici qüvvələrə sığınmışlar və onların diktəsi ilə hərəkət edirlər. Xalqa söykənməyən qüvvə məhvə məhkumdur və onların heç bir gələcəyi yoxdur. Azərbaycan xalqı belə qüvvələri heç vaxt dəstəkləməyəcəkdir”.

A.RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...