Modern.az

Hindistanda etnik İNSİDENT - 100-dən çox insan ÖLDÜ

Hindistanda etnik İNSİDENT - 100-dən çox insan ÖLDÜ

14 İyun 2023, 15:52

Hindistanın Manipur əyalətində Meitei icmasının "planlı qəbilə" kateqoriyasına daxil edilməməsi səbəbiylə başlayan insident zamanı həyatını itirənlərin sayı 110-a yüksəlib.


Modern.az xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri məlumat yayıb.


Məlumata görə, silahlı şəxslərin dünən axşam saatlarında Agijang şəhərinə basqın etməsi zamanı qarşıdurma baş verib. Polis qarşıdurmada 9 nəfərin həyatını itirdiyini, 10 nəfərin yaralandığını açıqlasa da, əyalətdə başverən insidentdə ölənlərin ümumi sayı 110-a çatıb.


Polis rəisi K Şivakanta Sinq təhlükəsizlik qüvvələrinin əraziyə gəldiyini və hadisələrin nəzarət altına alındığını, yaralıların xəstəxanaya aparıldığını bildirib.


Hökumətin rəsmi açıqlamasına əsasən, Manipurda zorakılıqlar səbəbindən indiyədək 47 mindən çox insan didərgin düşüb, yüzlərlə ev dağıdılıb.

 

Qeyd edək ki, Hindistanda "planlı qəbilə" kateqoriyasındakı icmalara siyasi təmsilçilik, məktəblərdə kvota və dövlət qulluğu kimi imkanlar verilir. Qanunla dağlıq ərazilərdə məskunlaşmağa icazə verilməyən Meitei sakinləri əyalətdə Myanma və Banqladeşli mühacirlərin sayının artması səbəbindən çətinliklərlə üzləşdiklərini iddia edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu