Modern.az

Şahbaz Şərif Azərbaycana yola düşdü

Şahbaz Şərif Azərbaycana yola düşdü

Ölkə

14 İyun 2023, 15:30

Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Azərbaycana səfərə gəlir.

 

Modern.az xəbər verir ki, bu barədə Baş nazir özünün "Tvitter" səhifəsində məlumat paylaşıb.

 

“Bu səfər hökumətlər arasında ikitərəfli əməkdaşlığı gücləndirmək və “qazan-qazan” tərəfdaşlığı qurmaq siyasətinin bir hissəsidir. Preferensial Ticarət Sazişinin (PTA) tez yekunlaşdırılmasını sürətləndirməkdən əlavə, mən Azərbaycan rəhbərliyi ilə enerji, bank, maliyyə xidmətləri və İT sektorlarında əməkdaşlıq imkanlarının genişlənməsi üçün mühüm danışıqlar aparacağam. Mükəmməl ikitərəfli siyasi əlaqələrimizi möhkəm ticarət və investisiya münasibətlərinə çevirmək bizim üçün əsas məqsəddir. Pakistanın enerji təhlükəsizliyini təmin etmək hökumətin siyasətində əsasdır",- deyə Şərif bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular