Dünya əhalisinin yalnız 48 faizi xəbərlərə maraq göstərir.
Modern.az xəbər verir ki, bu barədə Oksford Universiteti nəzdində fəaliyyət göstərən "Reuters Jurnalistika Araşdırmaları" İnstitutunun dərc etdiyi "Rəqəmsal Xəbər Hesabatı 2023" hesabatında deyilir.
Məlumata görə, sorğuda iştirak edənlərin yalnız beşdə biri (22 faiz) xəbərləri vebsayt və ya proqram vasitəsilə oxuduğunu bildirib.
Bu nisbət 2018-ci ildən bəri 10 faiz azalıb.
Qeyd olunub ki, "TikTok" kimi video əsaslı sosial media platformalarında dezinformasiya ilə bağlı narahatlıqlar ictimaiyyət arasında rekord həddə çatsa da, bu cür platformalardan istifadə halları getdikcə artır.