Modern.az

Pirallahıda 20 yaşlı oğlan qətlə yetirildi

Pirallahıda 20 yaşlı oğlan qətlə yetirildi

Hadisə

15 İyun 2023, 07:52

İyunun 15-i saat 2 radələrində Pirallahı rayonu ərazisində 2003-cü il təvəllüdlü Murad Qafarzadənin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Pirallahı Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 1981-ci il təvəllüdlü Ramil Niftəliyevin aralarında yaranmış mübahisə zamanı Murad Qafarzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Pirallahı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramil Niftəliyev prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər