Modern.az

Polis Bakıda 4 gənc fəalı saxlayıb

Polis Bakıda 4 gənc fəalı saxlayıb

Təhsil

15 İyul 2013, 09:37

Dünən polisin həyata keçiridiyi tədbirlər nəticəsində Bakıda 4 gənc fəal saxlanılıb. Mülki geyimli polis əməkdaşlarının şübhəli şəxs qismində saxladığı gənclər "Azad Gənclik Təşkilatı"nın üzvləri Ülvi Həsənli, Məcid Mərcanlı, “Nida” Vətəndaş Hərəkatının üzvləri Emil Bağırov və Kənan Qasımlıdır. Saxlanılan gənclərin dostları sosial şəbəkələrdə yaydıqları məlumatlar vasitəsilə bildiriblər ki, onlar bir neçə gün əvvəl şəhərdə hakimiyyət əleyhinə vərəqələrin yayılmasında suçlanırlar.

Qeyd edək ki, bir neçə gün öncə Bakıda bəzi yaşayış binalarına üzərinə hakimiyyət əleyhinə şüarlar yazılmış vərəqələr yapışdırılıb.
Vərəqələrdə “Hakimiyyətin mənbəyi sənsən”, Hakimiyyətdən qorxma”, “Hakimiyyətə etiraz et” və “Hakimiyyəti dəyiş” şüarları yazılıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...