Modern.az

Türkiyədə növbəti ZƏLZƏLƏ

Türkiyədə növbəti ZƏLZƏLƏ

15 İyun 2023, 09:32

Türkiyənin Niğde vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Ulukışla rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.8 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI