Modern.az

Beyonsun konserti inflyasiyanı artırdı

Beyonsun konserti inflyasiyanı artırdı

15 İyun 2023, 10:36

Dünya ulduzu Beyonsun İsveçin paytaxtı Stokholmda verdiyi konsert bu ölkədə inflyasiya artımına səbəb olub.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, ötən ay İsveçdə inflyasiya səviyyəsi gözləniləndən xeyli yüksək - 9.7 faiz olub.

 

Belə ki, konsertlə bağlı ictimai iaşə obyektlərində, restoran və mehmanxanalarda rekord sayda sifarişlərin qeydə alınması və tələbin artması buna gətirib çıxarıb.

 

"Danske Bank"ın iqtisadçısı Maykl Qrahn mediaya açıqlamasında belə vəziyyətə nadir hallarda rast gəlindiyini, lakin praktikada bu cür tədbirlərin iqtisadi təsirlərinin müşahidə olunduğunu qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI