Modern.az

Moskva ABŞ-ın vasitəçiliyindən narahatdır - Rusiya XİN

Moskva ABŞ-ın vasitəçiliyindən narahatdır - Rusiya XİN

15 İyun 2023, 10:54

Rusiya ABŞ-ın Bakı və Xankəndi (məlumatda qondarma "Stepanakert" adından istifadə olunub - red.) arasında dialoqda vasitəçilik xidmətlərini tətbiq etməyə çalışdığı məlumatlardan narahatdır. 

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən "RİA Novosti"yə verilən məlumatda qeyd olunub.

 

"Söhbət o cümlədən hədə-qorxu ilə tətbiqdən gedir. Bu, ABŞ-dan olan vasitəçilərin adekvatlığına dair suallar yaradır", - Rusiya XİN-in məlumatında vurğulanıb.

 

Qeyd edək ki, bundan əvvəl "RİA Novosti" ABŞ-dakı diplomatik mənbələrdən "Vaşinqtonun Qarabağdakı separatçıları Bakı ilə dialoqa məcbur etdiyi, əks təqdirdə antiterror əməliyyatları ilə hədələdiyi" barədə guya məlumat əldə etdiyini iddia etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI