Modern.az

Rusiya ən qısa zamanda Qafanda baş konsulluğunu açmağa çalışır

Rusiya ən qısa zamanda Qafanda baş konsulluğunu açmağa çalışır

Dünya

15 İyun 2023, 11:14

“Rusiya vəziyyəti sürətləndirməyə və ən qısa zamanda Qafanda baş konsulluğunu açmağa çalışır”.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfirliyində səfir müşaviri postunu tutan Maksim Selyeznov bildirib.

 

O qeyd edib ki, hələ dəqiq tarixlər yoxdur, lakin diplomatik nümayəndəliyin yerləşə biləcəyi bir neçə obyekt artıq öyrənilib.

 

"Baş Konsulluq xalqa, şəhərin və bölgənin rəhbərliyinə daha yaxın olmağa, hərbi və sərhəd də daxil olmaqla, Rusiyanın siyasi varlığını artırmağa imkan verəcəkdir. Rusiya diplomatları artıq Qafanda konsulluqlarını açmış İrandan olan tərəfdaşlarla sıx əməkdaşlıq edirlər", - diplomat söyləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI