NATO-nun iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitində İsveç alyansa qoşula bilər.
Modern.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, İsveç Türkiyənin bütün tələblərini yerinə yetirib.
Stoltenberq, həmçinin qeyd edib ki, Stokholm silah tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldırıb, konstitusiya və qanunvericiliyinə dəyişiklik edib.