BMT Təhlükəsizlik Şurası tolerantlıq, beynəlxalq sülh və təhlükəsizliyə dəstək haqqında qətnaməni yekdilliklə qəbul edib.
Modern.az xəbər verir ki, sənəddə BMT-yə üzv dövlətlərin bir-biri ilə sülh şəraitində yaşamasının tərəfdarı olduğu vurğulanıb, iqtisadi, sosial, mədəni və humanitar məsələlərin həllində beynəlxalq əməkdaşlığın zəruriliyi təsdiqlənib.
Qətnamə BMT Təhlükəsizlik Şurasını bütün regionlarda silahlı münaqişələrin qarşısının alınmasına yönəlmiş səyləri davam etdirməyə çağırır.
Qətnaməni qəbul edən Təhlükəsizlik Şurasının 15 üzv dövləti sosial şəbəkələrdə yayılan zorakılıq, nifrət nitqi və dezinformasiya faktlarından dərin narahat olduqlarını bildiriblər.
Sənəddə bütün beynəlxalq və dini təşkilatlar zorakılığı, nifrət nitqini, ekstremizmi, irqi, etnik, cinsi, dini və linqvistik ayrı-seçkiliyi açıq şəkildə pisləməyə çağırıblar.