Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Qafan şəhərində Rus Kitab Evi açılıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, açılışa Kremlin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəhbəri İqor Maslov gəlib.
İrəvandakı Rus Kitab Evinin direktoru Mher Avetisyan bildirib ki, Qafanda Evin açılması "Ermənistan-Rusiya münasibətlərinin möhkəmlənməsi" istiqamətində növbəti addımdır.
"Məhz burada Ermənistan və Rusiya arasında dostluq və müttəfiqlik münasibətlərini dərindən dərk etmək lazımdır", - Avetisyan əlavə edib.