Rusiya Ermənistan və Qırğızıstanda məktəblərin tikintisində iştirak edəcək.
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiyanın təhsil nazirinin müavini Denis Qribov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistanda 4, Qırğızıstanda isə 9 məktəb açılacaq.
"Artıq ilk təhsil ocağının tikintisi ilə bağlı İrəvanla məktəbin ilkin forması və yeri haqqında müqavilə var", - Qribov qeyd edib.