Modern.az

Rusiya daim Ermənistan-Azərbaycan nizamlanması ilə məşğuldur - Zaxarova

Rusiya daim Ermənistan-Azərbaycan nizamlanması ilə məşğuldur - Zaxarova

15 İyun 2023, 14:10

"Moderator olmaq istəyənlərin çox olmasına baxmayaraq, Rusiya daim Ermənistan-Azərbaycan nizamlanması ilə məşğuldur".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.

 

"Moskva mütəmadi olaraq müxtəlif istiqamətlərdə işləyir: yüksək səviyyəli görüşlər keçirilir, Xarici İşlər Nazirliyi və məsələ ilə bağlı xüsusi nümayəndə çalışır", - o vurğulayıb.

 

"Lakin problem odur ki, bölgədə sülh və sabitlik istəməyənlər müdaxilə etməyə çalışırlar. Moskva bundan sonra da ilk növbədə diplomatik vasitələrlə hərəkət edəcək", - Zaxarova əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI