Modern.az

Türkiyədə 19 rayona vilayət statusu verilə bilər

Türkiyədə 19 rayona vilayət statusu verilə bilər

15 İyun 2023, 14:54

Türkiyədə 19 rayona (ilçe) vilayət (il) statusu verilə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

 

Bildirilib ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) məsələ ilə bağlı çalışmalara başlayıb.

 

Məlumata görə yaxın gələcəkdə Alanya (Antalya vilayətinin rayonudur), Tarsus (Adana vilayətinin rayonudur), İnegöl (Bursa vilayətinin rayonudur), Çorlu (Tekirdağ vilayətinin rayonudur), Manavgat (Antalya vilayətinin rayonudur), Ünye (Ordu vilayətinin rayonudur), Edremit (Balıkesir vilayətinin rayonudur), Fethiye (Muğla vilayətinin rayonudur), Midyat (Mardin vilayətinin rayonudur), Yüksekova (Hakkari vilayətinin rayonudur) və Erçişin (Van vilayətinin rayonudur) də daxil olduğu ümumilikdə 19 rayona vilayət statusu verilə bilər.

 

Qeyd edək ki, Türkiyədə inzibati ərazi bölgüsü il, ilçe, belde və köy olaraq aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI