Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gündən I ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün "Abituriyentin imtahana buraxılış vərəqəsi"nin verilməsinə başlayıb.
TQDK-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, abituriyenlər imtahana buraxılış vərəqələrini bu gündən etibarən komissiyanın saytıa daxil olaraq çap edə bilərlər. //tqdk.gov.az/brxvbak/
Qeyd edək ki, I ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 21-də keçiriləcək.
Modern.az