Modern.az

Kəşfiyyat Avropadakı rusları yaxından izləməlidir - Prezident

Kəşfiyyat Avropadakı rusları yaxından izləməlidir - Prezident

Dünya

15 İyun 2023, 17:16

"Qərb kəşfiyyat orqanları Avropada yaşayan bütün rusları əvvəlkindən daha yaxından izləməlidir".

 

Modern.az xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel “Azadlıq” radiosuna müsahibəsində bildirib.

 

Nümunə kimi o, İkinci Dünya müharibəsi zamanı ABŞ-da yaponlara qarşı casusluq təcrübəsini göstərib.

 

“Hesab edirəm ki, keçmişdə bir sıra dünya münaqişələrində olduğu kimi, davam edən müharibə zamanı da Rusiya vətəndaşları üçün təhlükəsizlik tədbirləri adi vaxtlardan daha sərt olmalıdır. Bu insanlara yazığım gələ bilər, amma eyni zamanda, İkinci Dünya müharibəsinin başladığı dövrə nəzər salsaq, ABŞ-da yaşayan bütün yapon əhalisi də ciddi nəzarət rejimi altında idi. Bu, sadəcə olaraq, müharibənin qiymətidir”, - Pavel əlavə edib.

 

Qeyd edək ki, ABŞ-da 1942-ci ilin əvvəlində 120 000 yapon qərb sahilindən köçürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI