Kanadanın Karberi şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az CTV-yə istinadən xəbər verir ki, qəza nəticəsində 15 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Hadisə yük maşını və mikroavtobusun iştirakı ilə baş verib. Sərnişinlərin əksəriyyəti təqaüdçülər olub.
Qəza bölgəsinə tibbi helikopterlər cəlb olunub.