
Səbail rayon Məhkəməsi dünən saxlanılan "Azad Gənclik Təşkilatı"nın üzvləri Ülvi Həsənli, Məcid Mərcanlı, “Nida” Vətəndaş Hərəkatının üzvü Kənan Qasımlı barədə bu gün qərar çıxarıb. Onlar ictimai qaydanı pozmaqda və polisə müqavimət göstərməkdə ittiham olunaraq 15 sutka azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, onlarla birlikdə saxlanılan " Nida” Vətəndaş Hərəkatının üzvü Emil Bağırov dindirildikdən sonra sərbəst buraxılıb.
Modern.az