Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa Kiyevə səfər edib.
Modern.az xəbər verir ki, bu barədə CAR Prezidentinin administrasiyası məlumat yayıb.
Ramafosa ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparacaq, sabah isə Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa gedəcək.
Ramafosanı Zambiya, Komor və Seneqal prezidentləri müşayiət edir, onlar qatarla Polşadan Ukraynaya gediblər.
"Reuters"in məlumatına görə, Afrika ölkələri Rusiya və Ukrayna arasında müharibənin sonlandırmaq üçün təkliflər təqdim edəcək.