Modern.az

Təhsil Nazirliyi bu məsələyə niyə diqqət yetirmir? - Deputat

Təhsil Nazirliyi bu məsələyə niyə diqqət yetirmir? - Deputat

Təhsil

16 İyun 2023, 11:16

Çox təəssüf ki, "Son zəng" zamanı biz məzunların kriminal mahnılara qulaq asdığının, belə mahnıların səsləndiyinin şahidi olduq. 

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev bildirib. 

 

“Təhsil Nazirliyi tərəfindən bu məsələyə niyə diqqət yetirilmir? Bizim məktəblilərdə kriminal sahəyə marağın qarşısı niyə alınmır? Aiddiyatı qurumlar məsələni bir-birinin üzərinə atırlar. Tez bir zamanda bu məsələ həllini tapmalıdır ki, daha böyük problemlərə şərait yaratmasın”.

 

Milli Məclisin sədri Sahibə Qafarova deputata cavab olaraq bildirib ki, bununla bağlı faktlar varsa, toplayıb Nazirliyə təhvil verilməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək