Ermənistanla Gürcüstanı Rusiya ilə birləşdirən “Yuxarı Lars” keçid məntəqəsində nəqliyyat üçün hərəkət zolaqlarının ümumi sayı 39-a çatdırılır.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Eyni zamanda, bir zolaq ehtiyatda olacaq və digər tikinti işlərini başa çatdırmaq üçün tikinti materiallarının daşınmasına imkan verəcək. .
Xatırladaq ki, buraxılış məntəqəsinin modernləşdirilməsi üzrə işlər Rusiya Federasiyasının baş naziri Mixail Mişustinin tapşırığı ilə aparılıb, O, iyunun 7-də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı iyunun 15-dək bütün yenidənqurma işlərinin aparıldığını bildirib.