Modern.az

Elmar Məmmədyarov yanlış başa düşüb - AFFA-dan TƏKZİB

Elmar Məmmədyarov yanlış başa düşüb - AFFA-dan TƏKZİB

İdman

16 İyun 2023, 14:20

Misli Premyer Liqasında komanda sayı dəyişdirilməyəcək.

 

Modern.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlayıb.

 

O, İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, növbəti mövsümdə də 10 komanda olacaq: “Şamaxı” sonuncu yeri tutduğu üçün I diviziona düşəcək. Orada çempion olan “Araz Naxçıvan” isə Premyer Liqada oynayacaq”.

 

Sərxan Hacıyev daha öncə açıqlama verən Elmar Məmmədyarovun fikirlərinə də münasibət bildirib. Baş katib komanda sayının 12-yə çatdırıldığını, “Şamaxı”nın Premyer Liqada qaldığını, “Araz Naxçıvan” və “Zaqatala”nın ora yüksəldiyini bildirən komitə üzvünün qərarı yanlış başa düşdüyünü qeyd edib.

Sizə yeni x var
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM