Modern.az

Həyətyanı sahədə narkotik yetişdirən şəxs saxlanıldı

Həyətyanı sahədə narkotik yetişdirən şəxs saxlanıldı

19 İyun 2023, 11:00

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Şamlı kənd sakini Azər Yusibov şübhəli şəxs qismində saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, onun yaşadığı ünvana baxış keçirilərkən yarımtikilidən yarım kiloqrama yaxın qurudulmuş marixuana və evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb.

 

A.Yusibov ifadəsində əməlini etiraf edib. Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi