Modern.az

Bağ evindən 10 min manatlıq oğurluq

Bağ evindən 10 min manatlıq oğurluq

Hadisə

16 İyun 2023, 13:40

Novxanıda bağ evindən oğurluq edilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Novxanı qəsəbəsindəki bağ evlərinin birindən 10.000 manat dəyərində məişət, elektrik və istixana avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Raul Vəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər