Modern.az

Davutoğlu, Babacan və Karamollaoğlu birgə fraksiyaya razılaşdılar

Davutoğlu, Babacan və Karamollaoğlu birgə fraksiyaya razılaşdılar

Dünya

16 İyun 2023, 14:13

Türkiyədə "Millət İttifaqı"na daxil olan və Cümhuriyyət Xalq Partiyasının (CHP) proporsional siyahısından parlament seçkilərinə qatılan Gələcək, Səadət və DEVA Partiyaları birgə fraksiya yaradacaqlar.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiya sədrləri Ahmet Davutoğlu, Temel Karamollaoğlu və Ali Babacan bu barədə razılığa gəliblər.

 

Yaxın vaxtlarda CHP fraksiyasından istefa verən 3 partiyanın deputatları yeni parlament fraksiyasında birləşəcəklər.

 

Qeyd edək ki, Gələcək və Səadət Partiyalarının hər biri 10, DEVA Partiyası isə 15 mandat əldə edib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI