Modern.az

Almaniya Ukraynaya 64 "Patriot" raketi verəcək

Almaniya Ukraynaya 64

Dünya

16 İyun 2023, 14:24

Almaniya Kiyevə "Patriot" kompleksi üçün daha 64 raket tədarük edəcək.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.

 

O, Ukraynaya raket tədarükü qərarını Ukrayna Silahlı Qüvvələrinə dəstək vermək, ölkəni Rusiya işğalından azad etmək yolunda mühüm addım adlandırıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI