"Rusiya ilə Avropa arasında münasibətlər gələcəkdə müəyyən razılaşmalar və konsensusa əsaslanmalıdır".
Modern.az xəbər verir ki, bu fikri ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer "Bloomberg"ə müsahibəsində bildirib.
"Ukraynadakı hazırkı münaqişənin nəticələrindən sonra belə bir variant mümkündür. Mən istərdim ki, Rusiya tanısın ki, onun Avropa ilə münasibətləri müəyyən razılaşmalara və bir növ konsensusa əsaslanır. İnanıram ki, bu müharibə düzgün başa çatsa, belə bir nəticə əldə etmək mümkün olacaq”, - o vurğulayıb.
Kissincerin fikrincə, Ukraynadakı münaqişə tərəflərinin ona diplomatik yolla necə son qoymaq barədə düşünməyə başlaması daha çox vacibdir. Eyni zamanda, o qeyd edib ki, Rusiyanın narazı acizlik vəziyyətinə düşməsi variantına yol vermək olmaz, çünki bu, yeni gərginliklərə gətirib çıxaracaq.