"NATO-nun qapısı rəsmi Kiyevin üzünə açıqdır".
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
O vurğulayıb ki, Ukrayna gələcəkdə NATO-nun üzvü olacaq və buna özü qərar verəcək: "Moskva bu məsələdə veto hüququna malik ola bilməz".
Stoltenberqin sözlərinə görə, NATO-Ukrayna Şurasının yaradılması da nəzərdə tutulub ki, burada qarşılıqlı maraq doğuran mövzular və təhlükəsizliklə bağlı məsələlər müzakirə olunacaq.