Modern.az

Güler niderlandlı həmkarı ilə regional təhlükəsizliyi müzakirə etdi - VİDEO

Güler niderlandlı həmkarı ilə regional təhlükəsizliyi müzakirə etdi - VİDEO

Dünya

16 İyun 2023, 17:24

Türkiyənin milli müdafiə naziri Yaşar Güler niderlandlı həmkarı Kaysa Ollonqrenlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tviter səhifəsində məlumat verilib.

 

Bildirilib ki, görüş hərbi alyansa üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı çərçivəsində NATO qərargahında baş tutub.

 

Görüşdə ikitərəfli və regional müdafiə, təhlükəsizlik məsələləri, habelə hərbi sənaye sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

 

Niderlandın müdafiə naziri Güleri vəzifəyə təyin olunması münasibətilə təbrik edib və uğurlar diləyib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI