Modern.az

“Binə məhbusları”nın məhkəməsində “KURYOZ FAKT” üzə çıxıb

“Binə məhbusları”nın məhkəməsində “KURYOZ FAKT” üzə çıxıb

Təhsil

15 İyul 2013, 17:11

Bu gün Qaradağ Rayon Məhkəməsində Binə hadisələri zamanı həbs olunmuş 12 nəfərin məhkəmə prosesi keçirilib. Bu barədə Modern.az-a Qaradağ rayon Məhkəməsindən məlumat verilib.

Prosesdə məhbuslarla polislər üzləşdirilib. İlkin dinləmələr zamanı Binə hadisələri zamanı həbs olunanların əksəriyyəti həmin hadisələrə qoşulmaqdan peşmançılıq çəkdiklərini, ancaq onların həmin aksiyada iştirakına hər hansı don geyindirmənin əleyhinə olduqlarını deyiblər. Binə hadisələrində təqsirli bilinənələr qeyd ediblər ki, onlar məcburiyyət qarşısında qalıb ailələrinə çörəkpulu apara bilmədiklərinə görə, yola çıxıblar.

Qaradağ Rayon Məhkəməsindən onu da bildiriblər ki, növbəti proses gələn həftənin birinci günü keçiriləcək.

Qeyd edək ki, məhkəmədə kuryozlu faktlar aşkarlanıb. Anonim bir mənbədən alınan bilgiyə görə, İsmayıllıdan olan bir məhbus bildirib ki, onun Binə aksiyalarına, ümumiyyətlə Binə bazarına heç bir aidiyyatı olmadığı halda həbs olunub.
“O, Binə bazarına paltar almaq üçün gəlib. Həmin ərəfədə həmin adamın toyu olmalıymış. Aksiya zamanı polislər onu saxlayıb. Bu müddət ərzində həbsdə qalıb. O, polisə müraciət edərək bildirib ki, axtarsınlar, araşdırsınlar ki, onun başqa günahı varmı. Sadəcə onun günahı Binə bazarına paltar almağa gəlməyi olub”.

Xatırladaq ki, bu il yanvarın 19-da «Binə» Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib. Nəticədə aksiya iştirakçıları polis əməkdaşları arasında qarşıdurma baş verib, 10 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə xidməti avtomobilə isə ziyan vurulub. Aksiyaçılardan da xeyli adam yaralanıb.
Etirazçılar Malik Məhərrəmov, Nicat Paşayev, Əbülfəz Əliyev, Samir Zeynalzadə, Səid Ədilov, Məhəmməd Mürsəliyev, Elnur Əliyev, Samid Hüseynov, Qüdrət Kişiyev və Vaqif İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.



Gültəkin ƏLƏSGƏR  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım