Modern.az

Akademikdən Elşad Eyvazlıya yubiley TƏBRİKİ

Akademikdən Elşad Eyvazlıya yubiley TƏBRİKİ

Media

16 İyun 2023, 18:20

Hörmətli ELŞAD müəllim!

Müasir cəmiyyəti informasiyasız təsəvvür etmək doğrudan da çox çətindir. Çağdaş dövrün insanları daha çox və daha tez informasiya əldə etmək imkanına malik olduqlarına görə böyük dünyagörüş qazanır və bunun sayəsində az qala bütün dünyadan xəbərdar olurlar. Bu operativlik həm də bəşəri inkişafın hərəkətverici qüvvəsi olmaqla bir növ zamanı qabaqlamağa imkan yaradır.

Təbii ki, informasiya bolluğu öz-özünə yaranmır və dünyanın o başında baş verən hər hansı hadisədən anındaca xəbərdar olmaq sıradan gələn adi məsələ deyil.

Bu sürətli fəaliyyətin arxasında dəyəri heç bir ölçüyə gəlməz insan zəhməti dayanır- jurnalist zəhməti. Haqqında söhbət açdığım böyük zəhmətin daşıyıcıları arasında adı böyük hərflə yazılan, Modern. az saytının qurucusu və rəhbəri olaraq Sizin də adınız ön sıralardadır Əziz Elşad müəllim.

Sizin əhatəli, geniş rəngarəng, bütün oxucu dairəsini qane edən saytınız əksər insanlarımızın informasiya tələblərinin ödənilməsində misilsiz rola malikdir. Qələminizin sehri, istedadınızın qüdrəti ilə əks olunan bütün materiallar orjinallığı, dəqiqliyi, operativliyi və məzmunu ilə fərqlidir. Siz doğrudan da informasiya sahəsində modernləşən, təkmilləşən, müasirləşən bir sarytın fəaliyyətinə nail ola bilmisiniz. Bir elm xadimi, eləcə də daimi oxucunuz olaraq 50 illik yubileyinizi təbrik etmək və haqqınızda olan xoş düşüncələrimi sizinlə bölüşmək istədim. Yarım əsrlik şərəfli yaşınız mübarək Elşad müəllim!

Qələminizin sehri ilə ovsunlanan qəlblərin ehtiram ünvanı olaraq gələcək misyanızda Sizə yalnız uğurlar , uğurlar və yenə uğurlar arzu edirəm!

 

Hörmətlə,

Akademik Əhəd Canəhmədov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər