Modern.az

AVRO-2024: Azərbaycan Estoniyanı qəbul edəcək

AVRO-2024: Azərbaycan Estoniyanı qəbul edəcək

İdman

17 İyun 2023, 09:58

Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.

 

Modern.az xəbər verir ki, F qrupunda yer alan yığma 3-cü turda Estoniyanı qəbul edəcək.

 

“Dalğa Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

 

Qarşılaşmanı çexiyalı FIFA referisi Ondrjey Berka idarə edəcək.

 

Qeyd edək ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub.

 

AVRO-2024-ün seçmə mərhələsi

 

F qrupu, III tur

 

17 iyun

 

20:00. Azərbaycan - Estoniya

 

Baş hakim: Ondrjey Berka

 

Bakı, “Dalğa Arena”

 

Xal durumu: Avstriya - 6, Belçika - 3, Belçika - 3 (1 oyuna), İsveç - 3, Estoniya - 0 (1 oyuna), Azərbaycan - 0.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM