Modern.az

İsa Qəmbərin namizədliyi yenidən müzakirəyə çıxarıldı

İsa Qəmbərin namizədliyi yenidən müzakirəyə çıxarıldı

Təhsil

15 İyul 2013, 18:52

Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda ötən həftə verilən qərarların icrası, görülən işlər, partiyadaxili məsələlər, seçki hazırlıqları, ictimai-siyasi duruma dair müzakirələr aparılıb.

Divan Müsavat Partiyasının 13 iyul tarixində keçirilən Məclisində qəbul olunan qərarların həyata keçirilməsi ilə bağlı müzakirələr aparıb. Partiyanın Mərkəzi Seçki Qərargahının məlumatı dinlənilib və bu istiqamətdə işlərin daha da sürətləndirilməsi məqsədəuyğun hesab edilib.

Müsavatçı Gənclər Təşkilatının siyasi məhbuslara dəstək üçün təşkil etdikləri tədbirdə siyasi məhbusların ailə üzvlərinin, bitərəf gənclərin və Müsavat Partiyası rəhbərliyinin iştirakı təqdirəlayiq sayılıb və bu tədbirlərin davam etdirilməsi məsləhət bilinib.

Siyasi məhbusların müdafiə komitələrinin koordinasiya şurasının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin təklifi ilə iqtidar təmsilçilərilə görüşünün iqtidar nümayəndələrinin müxtəlif bəhanələri hesabına baş tutmamasını Divan hakimiyyət nümayəndələrinin müxalifət nümayəndələri ilə görüşməkdən çəkinməsi kimi qiymətləndirib.

Divan dünən gənclərin - Milli Şuranın və Azad Gənclik Təşkilatının İdarə Heyətinin üzvləri Ülvi Həsənli, Məcid Mərcanlı və “NİDA” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Kənan Qasımlının əsassız olaraq saxlanılaraq polis idarələrinə aparılmalarını və onlar haqqında məhkəmənin qərarı ilə 15 sutkalıq azadlıqdan məhrum etmə qərarının verilməsini, gənclərə qarşı siyasi repressiyaların, demokratiya uğrunda mübarizə aparan fəallara qarşı təzyiqlərin daha da artırılması yolu ilə onların susdurulmasına yönəldiyini, lakin bunun baş tutmayacağı bildirib və həbs olunan gənclərin dərhal azad olunması tələbi ilə bəyanat qəbul edib.

Milli Şuranın fəaliyyətinin daha da gücləndirilməsi və bu sahədə Müsavat Partiyası Milli Şuradakı təmsilçilərinin fəallığı istiqamətində müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

Sonda cari məsələlərə baxılıb.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım