Modern.az

Prezident Astara rayonu ilə bağlı sərəncam verdi

Prezident Astara rayonu ilə bağlı sərəncam verdi

Təhsil

15 İyul 2013, 18:58

Prezident İlham Əliyev Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Modern.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkə başçısının sərəncamı ilə otuz üç min nəfər əhalinin yaşadığı 45 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon (üç milyon üç yüz min) manatı Astara Rayon İcra Hakimiyyətinə ayrılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım