Modern.az

Ruslar mülki avtomobili atəşə tutdu - Yaralılar var

Ruslar mülki avtomobili atəşə tutdu - Yaralılar var

Dünya

17 İyun 2023, 17:08

Rusiya ordusu Ukraynanın Xarkov vilayətində mülki avtomobili atəşə tutub.


Modern.az xəbər verir ki, bu barədə Xarkov hərbi Administrasiyanın rəhbəri Oleq Sinequbova məlumat yayıb.


Məlumata görə, Boqoduxiv rayonunun Quriv Kozaçok kəndində baş verən hadisədə 4 dinc sakin həlak olub.


Qeyd edilir ki, tank əleyhinə raket qəsəbə istiqamətində hərəkət edən mülki avtomobilə dəyib.


"İlkin məlumatlara görə, avtomobildə 4 nəfər yerindəcə ölüb. Təfərrüatlar dəqiqləşdirilir. Bu, rusların dinc əhaliyə qarşı növbəti terror aktıdır", - Sinequbov bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular