Ukrayna NATO-ya daxil olmaq üçün bütün standartlara cavab verməlidir.
Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
O qeyd edib ki, Vaşinqton Kiyev üçün bu prosesi asanlaşdırmaq niyyətində deyil.
“Ukrayna eyni standartlara cavab verməlidir. Ona görə də biz bunu asanlaşdırmaq fikrində deyilik”, - Bayden jurnalistlərə bildirib.
Qeyd edək ki, bundan əvvəl CNN-in məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq Kiyev üçün NATO Üzvlük Fəaliyyət Planının (MAP) ləğvi təklifi ilə çıxış edib. O, bu həftə Vaşinqtonda Co Baydenlə görüşündə bunu müzakirə edib. MAP-ın ləğvi Ukraynanın NATO-ya daxil olmasını asanlaşdıracaq.