Modern.az

Rövnəq Abdullayevin işçisi dələduz çıxdı

Rövnəq Abdullayevin işçisi dələduz çıxdı

Təhsil

15 İyul 2013, 21:41

Vətəndaşlarıdan küllü miqdarda pul almaqla onları Dövlət Neft Şirkətində işə düzəldəcəyi söz verən SOCAR əməkdaşı ifşa edilib. Modern.az-ın məlumatına görə, bu barədə ARDNŞ-in rəsmi facebook səhifəsində məlumat verilib.

Bildirilib ki, ARDNŞ-in məsul işçisi N.Əhmədovun qanunsuz əməlləri ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılıb.

“SOCAR-ın əməkdaşı N.Əhmədov vətəndaşdan pul alaraq onu işə düzəldəcəyinə söz verib. Aydın məsələdir ki, onu işə düzəldməyib, heç düzəldə də bilməzdi, heç fikri də olmayıb. Vaxt keçdikdən sonra vətəndaş işlə bağlı maraqlananda ona yalandan işin düzəlir deyir və ona binaya buraxılış üçün saxta vərəqə verir. Vətəndaş da həmin buraxılışla SOCAR-ın əsas binasına “işə gələn” zaman təhlükəsizlik işçiləri tərəfindən saxlanılır. Sorğu zamanı hadisəni olduğu kimi danışır. Bu hadisəni post edirik ki, hamı oxusun və heç kim belə dələduzlara inanmasın. SOCAR-da pulla işə düzəlmək olmur”-deyə qeyd edilib.

A.RÜSTƏMOV

 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım