Modern.az

Azərbaycan-Estoniya oyunu bərabərə başa çatdı 

Azərbaycan-Estoniya oyunu bərabərə başa çatdı 

İdman

17 İyun 2023, 21:54

AVRO-2024-ün seçmə mərhələsində III turun oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, F qrupunda mübarizə aparan Azərbaycan millisi Estoniya ilə mübarizə aparıb.

 

Görüşdə ilk qolu qonaqlar vurublar. 27-ci dəqiqədə Rauno Sappinen fərqlənib.

 

Azərbaycan millisi 62-ci dəqiqədə hesabı bərabərləşdirib və Anton Krivotsyuk qonaqları mərkəzə dəvət edib.

 

Qeyd edək ki, qrupumuzun digər matçında liderlər qarşılaşacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunda Belçika Avstriyanı sınağa çəkəcək.

 

AVRO-2024-ün seçmə mərhələsi

III tur, F qrupu

17 iyun

20:00. Azərbaycan – Estoniya - 1:1

Qollar: Anton Krivotsyuk, 62 - Martin Miller, 27

Baş hakim: Andrey Berka (Çexiya)

Bakı. “Dalğa Arena”

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM